00:21 25.05.2015 603

"Borussiya" "Qəbələ"ni uda bilmədi

“Qəbələ”nin 11 yaşlılardan (2004-cü il təvəllüdlü) ibarət komandası Almaniyada keçirilən ənənəvi “Lenser Pfingct Cup” beynəlxalq turnirində iştirak edib. Fanat.az xəbər verir ki, Yaşar Abuzərovun komandası mayın 23-24-də Düsseldorf şəhərində 150 komandanın 30 qrupda mübarizəyə başladığı yarışda qüvvəsini sınayıb. 


“Qəbələ” turnirin I mərhələsində 11-ci qrupda çıxış edib. “Qırmızı-qaralar” ilk oyunda İngiltərənin “Liverpul” klubuna 0:3 hesabı ilə uduzsa da, növbəti 3 matçda Almaniya komandalarından 7 xal ala bilib. “Neu Ulm” ilə qolsuz heç-heçədən sonra təmsilçimiz “Ratenger SpVgg 04/19”i 5:0 hesabı ilə məğlub edib. Emil Süleymanov və Fuad Əhmədovun dubl etdiyi qarşılaşmada Rüfət Bədəlzadə 1 dəfə fərqlənib. Bu mərhələdəki son oyununda “Herdecke Ende”ni Elmir Hüseynlinin qolu ilə 1:0 məğlub edən “Qəbələ” qrupda 2-ci olub. Nəticədə "Qəbələ"nin çempionluq uğrunda mübarizəsini növbəti mərhələdə də davam etdirib.


Əvvəlki mərhələdə eyni qrupda yer alan komandaların nəticələrinin saxlanıldığı növbəti raundda “Qəbələ” “Liverpul”, digər İngiltərə təmsilçisi “Kembric Yunayted” və Dortmund “Borussiya”sı ilə mübarizə aparıb. Britaniyalılara 0:2 hesabı ilə yenilən Abuzərovun yetirmələri almaniyalılarla qolsuz heç-heçə etsə də, qrupda 4-cü olub. 


3-cü mərhələdə “qırmızı-qaralar” daha 3 oyuna çıxıb. Avstriyanın “Först Vyana” klubuna 1:2 hesabı ilə uduzan "Qəbələ"nin qolunu Elmir Hüseynli vurub. Belçika təmsilçisi “Voluv”u Cavad Kərimov, Emil Süleymanov və Fuad Əhmədovun qolları ilə 3:0 hesabı ilə məğlub edən Abuzərovun yetirmələri mərhələnin son oyununda Köln “Fortuna”sından 2 cavabsız qol buraxıb. 


Qrupda 3-cü olan “Qəbələ” sonuncu mərhələyə “Pattesen” üzərində qələbə ilə başlayıb - 1:0. Yeganə qolu Elmir Qələndərov vurub. Hüseyn Hüseynzadənin fərqləndiyi Finlandiya “KuPS” ilə qarşılaşmada heç-heçə qeydə alınıb - 1:1. Turnirdəki son oyununda yenidən “Kembric Yunayted”lə üz-üzə gələn "Qəbələ" 0:3 hesabı ilə uduzub, qrupda 2-ci olub.


Beləliklə, Almaniya səfəri başa çatan U-11 bu ölkədə 12 qarşılaşma keçirib. İlk xarici səfərinə çıxan 2004-cü il təvəllüdlü futbolçular turnir boyu bölgədə yaşayan azərbaycanlı azarkeşlərin dəstəyini hiss edib. “Qəbələ”nin oyunlarına gələn soydaşlarımız komandanı hər qarşılaşmada dəstəkləyiblər.


Fanat.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

Facebookdan bizi izləməyi unutmayın.
X