10:45 04.06.2015 466

"Qəbələ" Qazaxıstana getdi

"Qəbələ"nin 16 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak edəcək. Fanat.az xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu komanda yay fasiləsində Qazaxıstanda təşkil olunan yarışda qüvvəsini sınayacaq. 

Bu gün Almatı şəhərinə yollanan “qırmızı-qaralar” 4 komandanın qatıldığı dairəvi sistemli yarışın mükafatları uğrunda mübarizə aparacaq.

Sabah məşq edib, ilk tura hazırlaşacaq “Qəbələ” iyunun 5-də turnirin açılış oyununda meydana çıxacaq. Həmin gün saat 10.00-da başlayacaq matçda komanda yerli “Kayrat”la üz-üzə gələcək. Ertəsi gün "Qəbələ" ikinci sınağa çıxacaq. Bu dəfə rəqib Almatı klublarının yığma komandası olacaq. Qarşılaşma saat 12.15-də start götürəcək. Ertəsi gün futbolçulara istirahət verən təşkilatçılar onların məşqi ilə yanaşı, şəhərə ekskursiyasını da planlaşdırıb. İyunun 8-də isə turnirin son oyunları keçiriləcək. “Qəbələ” saat 10.00-da başlayacaq matçda Qırğızıstanın “Abdış-Ata” komandası ilə görüşəcək. İyunun 9-da digər iştirakçılar kimi istirahət edəcək “qırmızı-qaralar” ertəsi gün vətənə dönəcək.

“Qəbələ” Almatı şəhərindəki turnirə 18 futbolçu ilə yollanıb. Bunlar Sərxan Osmanov, Elməddin Sultanov, Aqil Məmmədyarov, Elvin İmanlı, Faiq Hacıyev, Kamran Quliyev, Osman Soltanov, Vüsal Ələkbərli, İlkin Abdullayev, Məhəmməd Abbaslı, Nəbi Məmmədov, Əli Məzahirli, Əli Sadıqov, Rüstəm Nuriyev, Tunar Mütəllimov, Nurlan Cəfərov, Cavidan Qasımlı, Tural Əjdərlidir. 

Qeyd edək ki, “Qəbələ” ötən ay başa çatan U-16 Liqasında 2-ci yeri tutub.

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

Facebookdan bizi izləməyi unutmayın.
X