“Neftçi”dən ayrıldıqdan sonra işsiz olan Böyükağa Hacıyevin yeni iş yeri müəyyənləşib. Fanat.az xəbər verir ki, təcrübəli mütəxəssis yenə paytaxt klubunuda çalışacaq.
Bu barədə “Neftçi”nin rəsmi saytı məlumat yayıb. Məlumatda deyilir ki, Hacıyev klub prezidenti Sadıq Sadıqovun müşaviri təyin olunub.
Qeyd edək ki, 2011-ci ildən “Neftçi”yə rəhbərlik edən Böyükağa Hacıyev Çempionlar Liqasının II təsnifat mərhələsində “Skenderbeu”ya uduzduqdan sonra istefa vermişdi. O, məşqçi karyerası ərzində “Araz” (Naxçıvan), “Maşınsazi” (iran), “Traktorsazi” (İran), “Bakı” və “Standard” klublarını çalışdırıb, bir müddət millidə köməkçi-məşqi olub. 55 yaşlı mütəxəssis 2005/06 mövsümündə “Bakı”nı, 2011/12 və 2012/13 mövsümündə “Neftçi”ni Azərbaycan çempionu edib. “Neftçi” onun rəhbərliyi altında Azərbaycan Kubokunu qazanıb (2012/13). Bakı klubunu Avropa Liqasının qrup mərhələsinə çıxaran mütəxəssis “Şöhrət” ordeni ilə təltif olunub.