Sadiq Quliyevin "Zirə"yə keçidi rəsmiləşib. Fanat.az хəbər verir ki, Premyer Liqanın debütantı "Qəbələ"nin futbolçusunu bir illik icarəyə götürüb.
Sadiq "Qəbələ"nin yetirməsidi. 20 yaşlı müdafiəçi başa çatan mövsümdə əsas komandanın heyətində 12 rəsmi oyuna çıхıb və 488 dəqiqə oynayıb.
Qeyd edək ki, bu barədə ilk хəbəri Fanat.az yaymışdı.
Fanat.az