"Qəbələ" əvəzedici komandasının baş məşqçisi Luis Araqonla yollarını ayırıb. Fanat.az xəbər verir ki, ispan mütəxəssis mövsüm yekunlaşan kimi vətəninə qayıdıb.
2012-ci ilin iyunundan “Qəbələ”də çalışan məşqçi ilə müqavilənin müddəti uzadılmayıb. Vaxtilə “Barselona”nın Futbol Məktəbinin texniki direktoru vəzifəsini yerinə yetirən Luis Araqon Kataloniya klubunda həm də seleksiyaçı-məşqçi postunda çalışıb. O, İspaniya və İtaliyada “Barselona” Yay Futbol Məktəblərinin təşkilinə də rəhbərlik edib. Onun “Qəbələ”də əsas vəzifəsi Futbol Akademiyasında “Barselona” sisteminə uyğun yetişən futbolçuların əvəzedici heyətdə sistemə uyğunlaşma prosesini tamamlamaq və əsas komandanı hazır futbolçularla təmin etməkdən ibarət olub. Əcnəbi çalışdırıcı 2013-cü ildə “Qəbələ” U-19 komandasına ölkə birinciliyinin qızıl, 2014-cü ildə “qırmızı-qaralar”a əvəzedicilərin çempionatında gümüş medalları qazandırıb.
Baş məşqçi ilə yanaşı iki futbolçu da əvəzedci komandadan ayrılıb. Belə ki, Şamil Camaləddinovla Müşfiq Teymurov "Qəbələ"ni tərk edib.
Fanat.az