Dünyanın ən yaxşı 9 nömrəsi olaraq xarakterizə edilən oyunçu gələn mövsüm "Monaco" forması geyəcək.
İdman24.az dünya mətbuatına istinadən xəbər verir ki, "Atletico Madrid"in qolçusu Radamel Falcao "Monaco" ilə 4 illik müqavilə imzalayıb.
"Monaco"nun bu transfer üçün "Atletico Madrid"ə 60 milyon avro ödəyəcəyi və fransız klubun bundan sonrakı hədəfinin "Barcelona"dan ayrılması gündəmdə olan Victor Valdesi heyətinə qatmağa çalışacağı iddia edilir.
İdman24.az