Bu gün “Qəbələ” Ərzurum toplanışı çərçivəsində 2-ci yoxlama oyununu keçirəcək. Fanat.az xəbər verir ki, “qırmızı-qaralar” həvəskarlar liqasında çıxış edən “Aşkalespor”la üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 20.00-da başlayacaq.
Qeyd edək ki, “Qəbələ” Türkiyədəki ilk yoxlama oyununda Ərzurumun U-21 komandası ilə qarşılaşmışdı. "Qırmızı-qaralar" həmin matçda Aleksey Qayın dublu ilə 2:1 hesablı qələbə qazanmışdı.
Fanat.az