Topaz Premyer Liqasının 4-cü turunda "Rəvan” doğma divarlar arasında "İnter” ilə qarşılaşacaq. Fanat.az xəbər verir ki, bu gün keçiriləcək görüş öncəsi komanda "Bayıl stadionu”nda son məşqinə çıxıb.
1 saata yaxın davam edən məşqdə futbolçuların cari mövsüm axır ki ilk qələbəni qazanmaq üçün çox həvəslə çalışdığı hiss olunurdu. Baş məşqçi Vladislav Qədirovun tapşırıqlarını ürəklə yerinə yetirən komanda üzvləri taktiki-texniki çalışmalardan sonra asmalar və onların qapanması, eləcə də qapıya zərbələr üzərində işləyib. Komandamızın heyətində Tofiq Mikayılovdan başqa zədəli, eləcə də heç bir cəzalı futbolçunun olmaması məşqçilər korpusunu sevindirməyə bilməz. Ötən oyunu cəza səbəbindən buraxmış Miloş Adamoviç artıq baş məşqçinin sərəncamındadı.
Qeyd edək ki, sabah baş tutacaq "Rəvan” – "İnter” oyunu "Bayıl Arena”da keçiriləcək və görüş saat 20:00-da başlayacaq.