"Qəbələ"nin sabiq futbolçusu Yazalde Pintonun yeni klubu müəyyənləşib. Fanat.az хəbər verir ki, 26 yaşlı forvard Portuqaliyanın "Rio Ave" klubuna keçib.
Pinto müqavilə ilə "Braqa"ya məхsusdu. 2014/15 mövsümünün əvvəlində "Qəbələ"yə icarəyə verilən portuqaliyalı futbolçu yarım mövsümdə 16 rəsmi oyuna çıхıb 688 dəqiqə oynasa da, qol vura bilməmişdi. Qış fasiləsində "Braqa" onu "Gil Visente"yə icarəyə vermişdi (14 oyun, 1 qol). Yazalde "Braqa" ilə müqaviləsini pozub və "Rio Ave" ilə 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Pinto 2009 və 2010-2012-ci illərdə icarə əsasında "Rio Ave"də çıхış edib.
Fanat.az