Ruslan Abışovun "Xəzər Lənkəran"la anlaşması barədə məlumat vermişdik. Dünən etibarlı mənbədən əldə etdiyimiz məlumatda bildirilirdi ki, "Qəbələ"dən ayrılan millimizin üzvü lənkəranlılarla anlaşma əldə edib və böyük ehtimalla anlaşma imzalayacaq.
Fanat.az-ın əldə etdiyi məlumata görə, Ruslan artıq rəsmi müqavilə bağlayıb. Anlaşmanın müddəti bir ildi. "Xəzər Lənkəran" transfer açıqlamasını CAS-ın klubla bağlı qərarından sonra verəcək.
Fanat.az Abışovun yeni klubundakı qazancını da öyrənib. Məlumatda deyilir ki, Ruslan bir il ərzində 150 min dollar alacaq. Maraq üçün qeyd edək ki, futbolçunun "Qəbələ"də illik qazancı 500 min dollar idi.
Fanat.az