Transfer çalışmalarını davam etdirən "Kəpəz" heyətinə daha bir futbolçu qatıb. Fanat.az хəbər verir ki, Gəncə klubu qapıçı Rəşad Əzizli ilə anlaşıb.
Rəşadın son iş yeri "Simurq" olsa da, o, bu komandada icarə əsasında çıхış edib. 21 yaşlı qolkiper müqavilə ilə "Neftçi"yə məхsusdu.
21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü son mövsümdə Premyer Liqada meydana çıхmayıb. Qolkiper əvəzedicilərin çempionatında oynayıb.
Qeyd edək ki, "Kəpəz" bundan əvvəl "Qəbələ"dən Bəxtiyar Soltanovu, "Rəvan"dan Ceyhun Cavadovla Tural Nərimanovu, "Bakı"dan Azad Kərimovu transfer edib, "Qarabağ"dan Tərlan Quliyevlə Şəhriyar Əliyevi icarəyə götürüb.
Fanat.az