2015/16 mövsümünün hazırlıqlarını doğma şəhərdə davam etdirən "Qəbələ" bu gün növbəti yoxlama oyununu keçirəcək. Fanat.az xəbər verir ki, "qırmızı-qaralar" Bakı “İnter”i ilə qarşılaşmada qüvvəsini sınayacaq.
Bu, komandalar arasında ardıcıl 2-ci yoxlama matçı olacaq. İyunun 24-də baş tutan görüşdə “Qəbələ” Aleksey Antonovun qolu ilə qalib gəlmişdi - 1:0. Matç Qəbələ şəhər stadionunda saat 20.00-da start götürəcək.
Qeyd edək ki, 4-cü yoxlama oyununu keçirəcək “qırmızı-qaralar” Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində Ərzurumun U-21 komandasını 2:1, “Aşkalespor”u 10:0 hesabı ilə məğlub etmişdi.
Fanat.az