"Qəbələ"nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi "Dinamo" (Gürcüstan) sifariş ərizəsini UEFA-ya təqdim edib. Fanat.az хəbər verir ki, Tiflis klubu siyahıya 22 futbolçunun adını salıb.
"Dinamo" "Qəbələ"nin qarşısına iki legionerlə çıхacaq. Belə ki, slovakiyalı Libor Hrdliçka və braziliyalı Rene Santosun adı siyahıda yer alıb.
Bundan başqa "İnter"in sabiq üzvü Aleksandr İaşvili də "Qəbələ"yə qarşı oynayacaq. Karyerasını bərpa edən 37 yaşlı forvardın adı sifariş ərizəsinə salınıb.
Qapıçılar: 1. Qoqi Kulua, 12. Libor Hrdliçka, 21. Georgi Beqaşvili.
Müdafiəçilər: 2. Otar Kakabadze, 3. Laşa Totadze, 5. Arçil Tvildiani, 17. Georgi Quruli, 25. Rene Santos, 30. Georgi Qveleşiani, 37. Zaza Çelidze.
Yarımmüdafiəçilər: 6. Mate Tsintsadze, 7. Georgi Canelidze, 10. Georgi Papunaşvili, 13. Otar Kiteişvili, 14. Laşa Parunaşvili, 22. Saba Lobzanidze, 31. Jambul Jiqauri, 77. Vaxtanq Canturişvili.
Hücumçular: 8. Baçana Arabuli, 9. Aleksandr İaşvili, 11. Georgi Kvilitaya, 18. Daviti Volkovi.
Fanat.az