Avropa Liqasına hazırlaşan "Qəbələ" və "İnter" arasında ikinci yoхlama oyunu keçirilib. Fanat.az хəbər verir ki, matç Qəbələ şəhər stadionunda baş tutub.
4 gündə ikinci dəfə qarşılaşan komandaların duelində qalib müəyyənləşməyib - 1:1. 8-ci dəqiqədə "İnter"dən Rauf Əliyev hesabı açıb. 70-ci dəqiqədə isə Cavid Hüseynov bərabərliyi təmin edib.
Qeyd edək ki, komandalar arasında iyunun 24-də baş tutan oyunda "Qəbələ" 1:0 hesablı qələbə qazanmışdı. Matçın yeganə qolunu Aleksey Antonov vurmuşdu. "Qırmızı-qaralar" Türkiyə toplanışında Ərzurumun U-21 komandasını 2:1, "Aşkalespor"u 10:0 hesabı ilə yenib. "İnter" isə cəmi iki oyun keçirib.
Fanat.az