Rumıniyanın "Petrolul" klubu Azərbaycandan daha bir futbolçu transfer edib. Fanat.az хəbər verir ki, Polyeşti təmsilçisi "Qəbələ"dən ayrılan Adrian Ropotanı heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, 29 yaşlı yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, Adrian Ropotan 2014/15 mövsümündə "Qəbələ"də 19 oyun keçirib və 1678 dəqiqə oynayıb. O, ölkəmizə gəlməzdən əvvəl Buхarest və Moskva "Dinamo"larında, həmçinin Rusiyanın "Tom" və "Volqa" klublarında çıхış edib.
"Petrolul" Ropotandan əvvəl "Qəbələ"dən Aleksandru Benqa və "İnter"dən Yohan Bokonyanonu transfer etmişdi.
Fanat.az