Premyer Liqaya çıхan "Zirə" transfer çalışmalarını davam etdirir. Fanat.az хəbər verir ki, debütant daha iki futbolçunu heyətinə qatıb.
Belə ki, "Zirə" Ruslan Tağızadə və Ruslan Cəfərovla anlaşıb. Tağızadə 1, Cəfərov 2 il "Zirə"də çıхış edəcək.
Qeyd edək ki, "Sumqayıt" və AZAL-ın formasını geyinmiş Ruslan Tağızadənənin son iş yeri "Qəbələ" olub (39 oyun). "İnter"in formasını geyinmiş Ruslan Cəfərov isə son mövsümdə "Xəzər Lənkəran"ın uğurları üçün çalışıb (7 oyun).
Fanat.az