Avropa Liqasında 2015/16 mövsümünə start verilib. Fanat.az хəbər verir ki, bu gecə yarışın ilk 3 qarşılaşması baş tutub.
Turnirə Maltada yerli "Baltsan"la Bosniya və Herseqovina təmsilçisi "Jelezniçar" arasında görüşlə start verilib. Matç qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bosniyalılar Avroliqanın ilk oyununda turnirin ilk qələbəsini qazanıb.
Günün ikinci qarşılaşması Lüksemburqda baş tutub və yerli “Proqres”lə İrlandiya təmsilçisi “Şemrok Rovers” görüşüb. Oyunda hesab açılmayıb.
Makedoniyanın “Renova” klubu isə Moldova “Daçiya”sını sınağa çəkib. Qonaqlar səfər oyununda 1:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, iyulun 2-də I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində 48 qarşılaşma baş tutacaq. Azərbaycan klubları “Neftçi”, “İnter” və “Qəbələ” də ilk sınağına həmin gün çıxacaq.
Avropa Liqası
I təsnifat mərhələsi
İlk oyunlar
30 iyun
Baltsan (Malta) - Jelezniçar (Bosniya və Herseqovina) 0:2
Qollar: Riad Bajiç, 4-pen; 13.
Proqres (Lüksemburq) - Şemrok Rovers (İrlandiya) 0:0
Renova (Makedoniya) - Daçiya (Moldova) 0:1
Qol: Mihay Roşka, 12.
Fanat.az