"Xəzər Lənkəran" 3 futbolçusu ilə yollarını ayırması barədə rəsmi açıqlama yayıb. Fanat.az хəbər verir ki, klubla sierra-leoneli yarımmüdafiəçi Alfred Sanko qarşılıqlı razılıq əsasında mövcüd müqaviləyə xitam verib.
Sierra Leone yığmasının üzvü karyerasını Türkiyədə davam etdirəcək. Belə ki, "Balıkesirspor"la anlaşıb.
"Xəzər Lənkəran" həmçinin müqavilə müddəti başa çatan Ruslan Cəfərov və də Elnur İsmayılovla da yollarını ayırıb. Ruslan artıq "Zirə" ilə müqavilə imzalayıb.
"Xəzər Lənkəran" hər 3 futbolçuya klubda çıxış etdiyi müddət ərzində xidmətlərinə görə təşəkkür edib və gələcək karyerada uğurlar diləyib.
Fanat.az