Bu gün Azərbaycanın 3 klubu Avropa Liqasında mübarizəyə başlayıb. Fanat.az хəbər verir ki, "Qəbələ" səfərdə meydana çıхıb.
Bölgə klubu Gürcüstanda "Dinamo"nun (Tiflis) qonağı olub. 10 nəfərlə qalan gürcülər "Qəbələ"dən üstün olub - 2:1.
Qeyd edək ki, "Qəbələ" Premyer Liqada 3-cü pilləni tutaraq Avropa Liqasına vəsiqə qazanıb. "Dinamo" isə Gürcüstan Kubokunun qalibi olub və çempionatda 3-cü pilləni tutub.
Tiflis klubu bundan əvvəl avrokuboklarda 145 oyun keçirib, 65 qələbə qazanıb, 21 heç-heç edib və 59 dəfə uduzub (Top fərqi - 205:203). "Qəbələ" isə ilk dəfə ötən mövsüm Avropaya çıхıb. Avropa Liqasının I təsnifat mərhələsində Bosniya və Hersoqovinanın "Şiroki Briyeq" klubu ilə qarşılaşan "qırmızı-qaralar" iki oyunun nəticəsinə görə 0:5 hesabı ilə uduzub (0:2, 0:3).
Avropa Liqası
I təsnifat mərhələsi
İlk oyun
2 iyul
Dinamo (Gürcüstan) - Qəbələ (Azərbaycan) 2:1
Qollar: Cambıl Jiqauri, 31. Georgi Papunaşvili, 84 - Cavid Hüseynov, 74.
Dinamo: 12. Libor Hrdlikka, 3. Laşa Totadze (k), 5. Arçil Tvildiani, 6. Mate Tsintsadze, 10. Georgi Papunaşvili, 13. Otar Kiteişvili, 30. Georgi Qvelesiani, 31. Cambıl Jiqauri, 37. Zaz Çelidze, 77. Vaxtanq Çanturişvili.
Ehtiyat oyunçular: 21. Georgi Beqaşvili, 8. Baçana Arabuli, 9. Aleksnadr İaşvili, 14. Laşa Parunaşvili, 17. Georgi Quruli, 22. Saba Lobjanidze, 25, Rene Santos.
Baş məşqçi: Gia Qequçadze.
Qəbələ: 22. Dmitri Bezotosnı, 5. Georgi Floresku, 9. Sergey Zenyov, 14. Cavid Hüseynov (k), 15. Vitali Vernidub, 19. Aleksey Qay, 20. Rikardinyo, 21. Arif Daşdəmirov, 34. Ürfan Abbasov, 44. Rafael Santos, 69. Aleksey Antonov.
Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 3. Stankoviç, 6. Rəşad Sadıqov, 8. Məhəmməd Mirzəbəyov, 10. Dodo, 11. Asif Məmmədov, 66. Samir Zərgərov.
Baş məşqçi: Roman Qriqorçuk.
Qırmızı vərəqə: Georgi Qvelesiani, 51.
Hakimlər: Roi Reynşreyber, David Elias Biton, İdan Yarkoni, Zvi Levi (İsrail).
UEFA nümayəndəsi: Georgi Fantaros (Yunanıstan).
Hakim-inspektor: Siril Zimmermann (İsveçrə).
Tiflis. Boris Payçadze adına “Dinamo Arena” stadionu
Fanat.az