"Komanda məşqlərə yenicə başlayıb. Yüngül zədəm olduğuna görə kollektivdən ayrı çalışıram". Fanat.az xəbər verir ki, bu sözləri "Zirə"nin futbolçusu Aleksandr Şemonayev deyib.
Futbolçu zədəli olduğu üçün hələ ki, bütün gücü ilə məşq edə bilmir. Müdafiəçi hazırlığa qatılsa da, fərdi qaydada məşq edir. O, komandanın hazırlıqlarından danışıb: "Komanda yeni qurulur və təbii ki bizə vaxt lazımdı. Düşünürəm ki, təlim-məşq toplanışı başa çatandan sonra nəsə demək olar. Premyer Liqada bizi olduqca çətin mübarizə gözləyir”.
Fanat.az