Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək "Qəbələ" - "Dinamo" (Tiflis) oyununun hakimləri açıqlanıb. Fanat.az хəbər verir ki, UEFA matçı fransız ədalət təmsilçilərinə tapşırıb.
Qarşılaşmanı Amori Delerye idarə edəcək. Ona Loren Stien və Mişel Annonier yardımçı olacaq. Dördüncü hakim funksiyasını isə Sebastian Moreyra yerinə yetirəcək.
Qeyd edək ki, komandalar arasında Tiflisdə baş tutmuş ilk oyunda "Dinamo" "Qəbələ"ni 2:1 hesabı ilə yenib.
Fanat.az