"Bəli, "Qəbələ"dən ayrılmışam. Klub rəhbərliyi və məşqçi ilə bu barədə söhbət edib razılaşdıq". Fanat.az xəbər verir ki, bu sözləri sport7.az-a "Qəbələ"dən ayrılan Ruslan Əmircanov deyib.
Millimizin sabiq üzvü gedişinin səbəbini açıqlayıb: "Bildiyiniz kimi, uzun müddətdi zədəli idim. 5 ayda iki dəfə ağır əməliyyat keçirdim. İndi isə futbol oynamağa ehtiyacım var. Amma bu, "Qəbələ"də mümkün deyil. Çünki uzun zamandı komandadan uzaq qalmışam. Buna qədər isə heyət demək olar ki, formalaşıb. Mənim burda qalıb, yenidən forma şansı qazanmağım vaxt alacaq".
Ruslan hələ harda oynayacağını bilmir: "Hələ ki, təklif yoxdu. "Qəbələ"də olduğum üçün məni heç kim istəmirdi. Yəqin ki, komandadan ayrıldığım barədə yeni məlumat əldə edəcəklər. Bundan sonra gələn təklifkəri dəyərləndirib, uyğun qərarımı verəcəyəm".
Fanat.az