"Qəbələ"nin Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. Fanat.az хəbər verir ki, "qırmızı-qaralar" Serbiyanın "Çukariçki" klubu ilə qarşılaşacaq.
Serblər I təsnifat mərhələsində Sloveniyanın "Domjale" klubunu mübarizədən kənarlaşdırıb. Komandalar arasında Sloveniyada baş tutan ilk oyunda "Çukariçki" 1:0 hesablı qələbə qazanıb. Serbiyadakı oyunda isə hesab açılmayıb - 0:0.
Qeyd edək ki, "Qəbələ" I təsnifat mərhələsində Tiflis "Dinamo"sunu (Gürcüstan) mübarizədən kənarlaşdırıb.
Fanat.az