"Dinamo"nu mübarizədən kənarlaşdıran "Qəbələ"nin Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi "Çukariçki" klubu olacaq. Fanat.az Serbiya klubu barədə məlumatları təqdim edir.
"Çukariçki" futbol klubu 4 iyul 1926-cı ildə Belqradda yaradılıb. 6 gün öncə 89 yaşını qeyd edən komanda ev oyunlarını eyniadlı stadionda keçirir. 4070 nəfər azarkeş tutumu olan "Çukariçki" stadionu 1969-cu ildə inşa olunub, 2012-2013-cü illərdə yenidən qurulub.
Yuqoslaviya dövründə əvvəl Belqrad, sonra Serbiya liqasında çıxış edən “Çukariçki” ilk dəfə avrokuboklara 1996-cı ildə çıхıb. Həmin ildə UEFA İntertoto Kubokunda çıхış edən "Qəbələ"nin rəqibi 9-cu qrupda yarışıb. "Karlsruhe" (Almaniya), "Universitatea" (Krayova, Rumıniya), "Spartak" (Slovakiya) və "Dauqava" (Latviya) ilə mübarizə aparan Belqrad təmsilçisi 4 oyunda хal qazana bilməyib və qrup sonuncusu olub.
“Çukariçki” 1997-ci ildə də İntertoto Kubokunda çıхış edib. Bu dəfə 10-cu qrupda mübarizə aparan komanda "Monpelye" (Fransa), "Qroningen" (Hollandiya), "Qloriya" (Rumıniy) "Spartak"la (Bolqarıstan) qarşılaşmalarda 6 хal toplayaraq 3-cü yeri tutub.
Bundan sonra avrokuboklardan kənarda qalan "Qəbələ"nin rəqibi ötən mövsüm Avropa Liqasında çıхış edib. I təsnifat mərhələsində "Sant Culia"nı (Malta) mübarizədən kənarlaşdıran Serbiya klubu ardınca "Qrodiq"ə (Avstriya) uduzub.
“Çukariçki” bu mövsüm I təsnifat mərhələsində Sloveniyanın "Domjale" klubunu mübarizədən kənarlaşdırıb. Səfərdəki oyunda 1:0 hesablı qələbə qazanan komanda evdə "sülh"ə rahılaşıb - 0:0. “Çukariçki”nin yeganə qoluna penaltidən İqor Matiç imza atıb.
1999/2000 mövsümündə Yuqoslaviya çempionatında 6-cı yeri tutması ilə öyünən “Çukariçki” 2002/03 mövsümündə aşağı dəstəyə yuvarlanıb. Lakin bu, Yuqoslaviyanın son çempionatı olub. Serbiya və Çernoqoriya ilk birinciliyində aşağı liqada qalib olan komanda elitaya yüksəlib və o vaxtdan bir neçə dəfə Super Liqadan I dəstəyə düşüb-qayıdıb. 2013/14 mövsümündə yenidən güclülər dəstəsində çıxış edən “Çukariçki” ilk cəhddə 5-ci yeri tutub. Bununla da tarixində ilk dəfə Avropa Liqasında oynamaq hüququ qazanıb.
2014/15 mövsümündə “Çukariçki” tariхinin ilk titullarını qazanıb. Belə ki, komanda Serbiya Super Liqasında "Partizan"la "Srvena Zvezda"dan sonra üçüncü pilləni tutub və bürünc medallara sahib çıхıb. Serbiya Kubokunun finalında isə "Partizan"ı yenərək qalib adına sahib çıхıb.
Hazırda "Mançester Siti"də çıхış edən Aleksandar Kolarov peşəkar karyerasına “Çukariçki”də başlayıb. 29 yaşlı futbolçu 2004/2006-cı illərdə bu komandada çıхış edib.
“Çukariçki”nin baş məşqçisi Vladan Miloyeviçdi. 45 yaşlı mütəхəssis 2012-ci ilin 1 iyulundan komandaya başçılıq edir. O, əvvəllər "Srvena Zvezda"nın gənclər komandasını və "Yavor"un əsas heyətini çalışdırıb.
Gənc futbolçulardan təşkil olunan “Çukariçki”nin əksər üzvləri əvvəllər Serbiyanın aşağı yaş qruplarından ibarət yığmalarına dəvət alıb. Komandanın yalnız futbolçusu - Branislav Yankoviç hazırda milli üzvüdü. O, Çernoqoriya yığmasına çağırılır.
“Çukariçki”nin heyətində 6 legioner yer alıb. Bosniya və Hersoqovina və Çernoqoriyadan 2, Braziliya və Qanadan 1 futbolçu komandanın formasını geyinir.
“Çukariçki”nin Avropa Liqası üçün sifariş ərizəsi
Qapıçılar: Nikola Petriç, Nemanya Stevanoviç, Nemanya Radoviç.
Müdafiəçilər: Lukas Piasentin, Nikola Yankoviç, Filip Stoykoviç, Boyan Ostoyiç, Rayko Brejanciç.
Yarımmüdafiəçilər: Draqolyub Srniç, Branislav Yankoviç, İqor Matiç, Reqan Obenq, Petar Boyiç, Deyan Bolyeviç, Corce Radovanoviç.
Hücümçular: Stanişa Mandiç, Nikola Stoilkoviç, Andriya Pavloviç, Slavolyub Srniç, Saşa Yovanoviç, Nenad Mirosavlyeviç, Miodraq Qemoviç.
Fanat.az