Premyer Liqanın IV turunun oyunları cari mövsüm üçün rekord sayda azarkeş izləyib. Fanat.az xəbər verir ki, turun 5 qarşılaşmasında 13450 azarkeş olub ki, bu da hər matça orta hesabla 2690 nəfər deməkdi.
Bu turda həmiçinin mövsümün yeni rekordu müəyyənləşib. Belə ki, «Xəzər Lənkəran» - «Neftçi» matçını 10 min azarkeş izləyib. Bundan əvvəlki rekordda Lənkəran klubuna məxsus idi. Belə ki, «Xəzər Lənkəran» - «Simurq» oyununa 7 min azarkeş toplaşmışdı. Daha iki turda isə «Sumqayıt» rekordçu olub. I turda «Xəzər Lənkəran»la oyunu 5, III turda «Qəbələ» ilə qarşılaşmanı 6 min fanat izləyib.
Ümumilikdə Premyer Liqanın IV turunun oyunlarını 43650 (I tur 8500, II tur 10600, III tur 1110, IV tur 13450) nəfər izləyib ki, bu da hər oyuna (20 oyun) orta hesabla 2182 nəfər deməkdi.