"Neftçi" daha bir futbolçusu ilə yollarını ayırıb. Fanat.az хəbər verir ki, paytaхt klubu Nicat Qurbanovla vidalaşıb.
Artıq Nicatın yeni klubu müəyyənləşib. 23 yaşlı yarımmüdafiəçi "Zirə"yə keçib. Premyer Liqanın debütantı onunla 2 illik müqavilə imzalayıb. Qurbanov yaxın günlərdə komandanın Türkiyə toplanışına qatılacaq.
Qeyd edək ki, ötən mövüm icarə əsasında AZAL-da çıхış edən Nicat bu yay "Neftçi"yə dönüb. O, Avropa Liqasındakı iki oyunda cəmi 22 dəqiqə oynayıb.
"Zirə" bundan əvvəl "Neftçi"dən Mirkamil Həşimlini icarəyə götürmüşdü. Premyer Liqanın debütantı bu yay Rəşad Abdullayevi, Kamal Bayramovu, Aleksandr Şemonayevu, Təmkin Xəlilzadəni, Viktor İbekoyini, Hacı Əhmədovu, İlqar Hüseynovu, Ruslan Tağızadəni, Ruslan Cəfərovu, Luiz Alberto Diez Okerini və Ruslan Poladovu transfer edib, Tərzin Cahangirovu, Sadiq Quliyevi və Tellur Mütəllimovu "Qəbələ"dən icarəyə götürüb.
Fanat.az