Çernoqoriyanın "Rudar" klubunun baş məşqçisi Mirko Mariç Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Fanat.az xəbər verir ki, o, Bakıda baş tutan 0:0 hesablı heç-heçədən sonra bunları söyləyib:
"Seltik"lə oyun doğrudan da baxımlı olacaq. Amma bu barədə danışmaq üçün hələ çox tezdi. Çünki bizi "Qarabağ"la çox çətin cavab oyunu gözləyir. Hazırda bütün diqqətimiz bu cavab qarşılaşmasına yönəlib. Petrovaçdakı oyun Bakıdakından daha çətin olacaq. "Qarabağ" yenə də cütün favoritidi. Bakıdakı oyunda əsas hədəfimiz qol buraxmamaq idi. Bunun öhdəsindən gələ bildik. Cavab görüşündə də tələsməyəcəyik. Səbrli olmalıyıq. Məsuliyyətli və intizamlı oynamalıyıq. Belə olan halda qol vurmaq üçün də imkanımız olacaq".
Fanat.az