“Qəbələ”nin idman direktoru Toni Adams Serbiya mətbuatına müsahibə verib. Fanat.az xəbər verir ki, ingilis mütəxəssis "Çukariçki" ilə ilk oyun barədə danışıb və və cavab matçı barədə fikirlərini bildirib:
"Nəticənin təxminən belə olacağını bilirdim. Hər iki komanda bir-birinə yaxın gücdə olan eynisəviyyəli kollektivlərdi. Mən ikinci oyunda nə olacağını bilmirəm. Ancaq bildiyim odu ki, iki komanda üçün də çətin olacaq. Rəqiblər ikisi də əskiklərini aradan qaldırmalıdı. Deyim ki, sizin təmsilçiniz oyunu ilə inamlı və yaxşı təşkil olunmuş komanda təsiri bağışlayırdı.
“Qəbələ” mənim komandamdı. Özümü buradakı işə həsr eləmişəm. Bir zamanlar burada məşqçi idim, indi isə əlavə məsləhətlərimlə kömək olmağa çalışıram. Hər şey yüksələn traektoriya ilə inkişaf edir. Ancaq uzunmüddətli uğurlardan danışmaq hələ tezdi. Azərbaycan çempionatının favoriti “Qarabağ”dı. Biz isə çalışırıq ki, üzərimizə düşən işi yerinə yetirək”.
Fanat.az