2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də Ramat Qan şəhərində İsrail və Azərbaycan milli komandaları qarşılaşacaq. Bu oyuna hazırlıq məqsədilə millimiz sentyabrın 1-dən 3-dək Bakıda, sentyabrın 4-dən etibarən isə Ramat Qan şəhərində təlim-məşq toplanışında olacaq.
Fanat.az xəbər verir ki, artıq millimizin heyəti açıqlanıb. Baş məşqçi Berti Foqts 24 futbolçuya dəvət göndərib. Onlardan 4-ü legionerdi. Belə ki, "Eskişəhərspor"dan Ufuk Budak, "Sivasspor"dan Cihan Özkara, "Rubin"dən Ruslan Abişov və "Kayzerslautern II"dən Rüfat Dadaşov İsraillə oyuna dəvət alıb.
Almaniyanın "Hannover 96" klubunda çıxış edən Ali Gökdemir, Türkiyə "Orduspor"unun formasını geyinən Branimir Subaşiç və cəzalı olan Vaqif Cavadov yığmaya dəvət almayıb. Əvəzində "Sumqayıt"dan Ruslan Qarbanov heyətə salınıb.
Qapıçılar: Kamran Ağayev (Bakı), Anar Nəzirov (Sumqayıt), Səlahət Ağayev (İnter).
Müdafiəçilər: Rəşad Sadıqov, Bədavi Hüseynov,
Qara Qarayev, Maksim Medvedev (hamısı "Qarabağ"), Rasim Ramaldanov, Elnur Allahverdiyev (ikisi də "Xəzər Lənkəran"), Vladimir Levin (Qəbələ), Mahir Şükürov (Neftçi), Elhad Nəziri (Rəvan), Ufuk Budak (Eskişəhərspor, Türkiyə), Ruslan Abişov (Rubin, Rusiya).
Yarımmüdafiəçilər: Rəşad Sadiqov, Araz Abdullayev (Neftçi), Cavid Hüseynov, Əfran İsmayilov (ikisi də "Bakı"), Rahid Əmirquliyev (Xəzər Lənkəran).
Hücumçular: Vüqar Nadirov (Qarabağ), Rauf Əliyev (Bakı), Ruslan Qurbanov (Sumqayıt), Cihan Özkara (Sivasspor, Türkiyə), Rüfat Dadaşov (Kayzerslautern II, Almaniya).