“Qarabağ” Çernoqoriyaya çatıb. Fanat.az xəbər verir ki, Çempionlar Liqasının II təsnifat mərhələsində "Rudar"la cavab görüşünə çıxacaq komanda dünən saat 18.30-da Bakını tərk edib.
Bakı-Podqoritsa reysi ilə hərəkət edən "Qarabağ" 4 saatlıq uçuşdan sonra Çernoqoriyanın paytaxtına çatıb. Podqoritsadan məskunlaşacağı Beçiçiyaya avtobusla hərəkət edən komanda 1 saatlıq yolculuqdan sonra otelə yerləşib.
Bu gün "Qarabağ" oyunun keçiriləcəyi arenada sonuncu məşqinə çıxacaq. Məşq Bakı vaxtı ilə saat 23.30-da start götürəcək.
Fanat.az