"Simurq" I divizionda çıхış edə bilər. Fanat.az хəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.
Qurum rəhbəri bildirib ki, Zaqatala klubunun I divizionda çхış etməsinə salışacaqlar: "Çalışacağıq ki, "Simurq" I divizionda mübarizəyə qoşulsun. Onların aşağı yaş qrupları üzrə komandalarında istedadlı futbolçular yer alıb. Həmin oyunçular batıb getməməlidi".
Musayev klubun üzləşdiyi problemlə bağlı danışıb: "Ötən çempionatın sonunda “Simurq”un futbolçuları etiraz olaraq, yerdə oturdular. Mən bunu özümə təhqir bildim. Klubun azarkeşlərini başa düşürəm. “Simurq” çempionatda qalmaq üçün maliyyə problemi ilə üzləşib, bu, gizli deyil. Həyatda hər şey olur. Elə böyük azarkeşləri olan komandalar var ki, birdən-birə böhrana düşür. AFFA və PFL rəhbərliyi olaraq onlarla dəfələrlə görüşdük, imkanımız daxilində kluba yardım etmək istədik. Amma gücümüz çatmadı, məbləği açıqlaya bilmərəm".
Fanat.az