Çempionlar liqasının II təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Rudar” - “Qarabağ” oyunu öncəsi mətbuat konfransları baş tutub. Fanat.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyun haqda bunları deyib:
"Bizi olduqca çətin oyun gözləyir. Rəqibin açıqlamalarından da məlum olur ki, onlar bu oyuna yaxşı hazırlaşıblar və yaxşı nəticə əldə etmək istəyirlər. Bizi də cox yaxşı motivasiya olunmuş komandaya qarşı oyun gözləyir. Təbii ki,biz bura uduzmağa yox, yaxşı nəticə əldə etməyə gəlmişik və komandamız bunun üçün meydana çıxacaq".
Fanat.az