Türkiyədə təlim-məşq toplanışında olan "Kəpəz"in yoxlama oyunu keçirəcəyi iki rəqib müəyyənləşib. Fanat.az хəbər verir ki, Ərzurumda hazırlıq keçən Gəncə təmsilçisi Gürcüstan və Türkiyə klubları ilə qarşılaşacaq.
"Kəpəz" iyulun 23-də Gürcüstanın "Şukura" klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu komanda dünən "Zirə" ilə yoхlama oyunu keçirib və 0:0 hesablı heç-heçəyə razılaşıb.
"Kəpəz" ayın 25-də isə Türkiyənin "Göztəpə" klubu ilə qarşılaşacaq. PTT 1-ci liqaya vəsiqə qazanan komanda bir müddət əvvəl "Qarabağ"dan ayrılan Leroy Corcla müqavilə imzalayıb.
Qeyd edək ki, "Kəpəz" Türkiyədəki ilk yoxlama oyununda yerli "1461 Trabzon" klubuna 1:0 hesabı ilə qalib gəlib.
Fanat.az