Daha bir futbolçumuz karyerasını Türkiyədə davam etdirəcək. Fanat.az хəbər verir ki, bu dəfə Tərlan Əhmədov qardaş ölkəyə üz tutub.
Belə ki, 18 yaşlı futbolçu Türkiyənin III liqasında mübarizə aparan "Erdemli Bələdiyyəspor"la anlaşıb. Tərəflər arasında bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, Tərlan Əhmədov "Qəbələ" Futbol Akadkemiyasının yetirməsidi. O, indiyədək aşağı yaş qrupları üzrə millilərimizin şərəfini qoruyub.
Fanat.az