"İlk görüşdə bizdə heç nə alınmadı. Ancaq daha əvvəl çox gözəl oyun nümayiş etdirmişdik. “Çukariçki” ilə matçdakı problemlərin səbəblərini araşdırmışıq. Məlum oldu ki, obyektiv səbəblərdən uduzmuşuq”. Fanat.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.
Sabah Avropa Liqasının II təsnifat mərhələsində “Çukariçki”yə (Serbiya) qarşı keçirəcəkləri oyun öncəsi mətbuat konfransı təşkil edən ukraynalı mütəxəssis matçla bağlı fikirlərini bildirib: "Bizə çox şeyi dəyişmək lazım deyil. Əminliklə deyə bilərəm ki, hazırkı vəziyyətimiz “Çukariçki” ilə ilk oyundakından yaxşıdı. Uzatma dəqiqələrini düşünmürük. Bakıdakı matçda o səhvləri buraxmamalıyıq. Ümid edirəm ki, 90 dəqiqə ərzində bizə lazım olan nəticəni qazanacağıq".
Tiflis “Dinamo”su ilə oyundan əvvəl 5:0 hesablı qələbə qazanmaq istədiklərini bildirən Qriqorçuk yenə eyni iddia ilə çıxış edib: "Biz həmişə 5:0 və daha böyükhesablı qələbə istəyirik. Sabahkı oyunda da bizi 5:0 hesabı ilə qalib gəlmək istəyirik".
Ukraynalı mütəxəssi hələ start heyətini müəyyənləşdirmədiyini bildirib: "Start heyəti hələ müəyyənləşdirməmişik. Bugünkü məşqdən sonra son qərarımı verəcəm. Heyəti sabah müəyyənləşdirəcəm".
Fanat.az