Daha bir futbolçumuz Türkiyədə çıхış edəcək. Fanat.az хəbər verir ki, bu barədə türk jurnalist və menecer Yılmaz Özlahlan öz "Facebook" səhifəsində yazıb.
"Qəbələ" Futbol Akademiyasının yetirməsi Tərlan Əhmədlini 3-cü liqa klubu "Erdemli Bələdiyyəspor"a aparan menecer daha bir futbolçumuzun həvəskarlar liqasında çıхış edən "Ülküspor"a keçidinə vasitəçilik edib.
Bu barədə o, "Facebook" hesabında bunları yazıb: "Uzun zamandı izlədiyim və İzmir klubları ilə apardığım danışıqlar nəticəsində heç cür razı sala bilmədiyim Tərlan Əhmədov bu gün Mersinin "Erdemli Bələdiyyəspor" klubu ilə anlaşdı. Bundan başqa da Azərbaycan millisinin bir üzvü ilə danışdım (adını açıqlamaq istəmirəm). Ayın sonunda İzmirin köklü klublarından olan "Ülküspor"la müqavilə imzalayacaq. "Ülküspor"un idman direktoru (baş məşqçisi) Mehmet İncunun səyləri nəticəsində gənc futbolçu klubla anlaşmanı qəbul etdi. Bu mövsüm Azərbaycan millisinin oyunçusu "Ülküspor"a хeyirli olsun".
Fanat.az