Çempionlar Liqasının III təsnifat mərhələsinin bütün cütləri müəyyənləşib. Fanat.az хəbər verir ki, bu mərhələdə 15 cütlük mübarizə aparacaq.
Onlardan 5-i birbaşa bu mərhələyə vəsiqə qazandığından III təsnifat mərhələsinin püşkatması zamanı bəlli idi. Qalan 10 cütlük iyulun 21-22-də keçirilən cavab oyunlarından sonra müəyyənləşib.
Çernoqoriyanın "Rudar" klubunu mübarizədən kənarlaşdıran "Qarabağ"ın növbəti rəqibi Şotlandiya "Seltik"i olacaq.
Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları iyulun 28-29-da və avqustun 4-5-də keçiriləcək.
Çempionlar Liqası
III təsnifat mərhələsi
Çempionlar
Seltik (Şotlandiya) - Qarabağ (Azərbaycan)
Lex (Polşa) - Bazel (İsveçrə)
Milsami (Moldova) - Şkenderbeu (Albaniya)
Styaua (Rumıniya) - Partizan (Serbiya)
HİK (Finlandiya) - Astana (Qazaxıstan)
Midtyulland (Danimarka) - APOEL (Cənubi Kipr)
Makkabi (Təl-Əviv, İsrail) - Viktoriya (Çexiya)
Dinamo (Xorvatiya) - Molde (Norveç)
Videoton (Macarıstan) - BATE (Belarus)
Zalsburq (Avstriya) - Malmö (İsveç)
Qeyri-çempionlar
Fənərbaxça (Türkiyə) - Şaxtyor (Ukrayna)
Rapid (Avstriya) - Ayaks (Hollandiya)
Panatinaikos (Yunanıstan) - Brügge (Belçika)
Yanq Boyz (İsveçrə) - Monako (Fransa)
ÇSKA (Rusiya) - Sparta (Çexiya)
Fanat.az