14:05 23.07.2015 567

"Qarabağ"ın rəqibini yazından tanıyaq

"Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində Şotlandiyanın "Seltik" klubu ilə qarşılaşacaq. Fanat.az Azərbaycan çempionunun rəqibi ilə bağlı məlumatları təqdim edir.

"Seltik" futbol klubu 1888-ci ildə yaradılıb. 127 yaşlı klub Şotlandiyanın iki ən böyük klubundan biridi. Oyunlarını Qlazqodakı 60 min 411 nəfər azarkeş tutumu olan "Seltik Arena"da keçirir. Stadion 1892-ci ildə tikilib, 1994-1998-ci illərdə yenidən qurulub.

Qlazqo şəhərini təmsil edən "Seltik"lə şəhərin şərqində yerləşən "Reyncers" klubları arasında əbədi rəqabət hökm sürür. İki komanda arasındakı rəqabətin əsas səbəb məhzəb və siyasi fikirlərlə bağlıdı. Belə ki, "Seltik"in azarkeşləri Xristian dininin Katolik, "Reyncers"in fanatları isə Protestan məhzəbinə aiddi. Bundan başqa "Reyncers" fanatları Şotlandiyanın öz hökuməti və parlamentinə sahib olmaqla Böyük Britaniyanın tərkibində olmasına tərəfdardı. "Seltik" azarkeşləri isə tamamilə müstəqillik tələb edir. Bu məhzəb və siyasi davanın fonunda rəqabət hər ötən gün daha da artır. Hətta Şotlandiyada bir ailənin içində iki kluba azarkeşlik edən fərdlərin olması mümkün deyil. Ailələr seçim edir: ya "Seltik", ya "Reyncers".

"Seltik" Böyük Britaniya klubları arasında Avropa Çempionlar Kubokunu (sonradan Çempionlar Liqası adlandırılıb) qazanan ilk klub olub. Şotlandiya təmsilçisi 1966/67 mövsümündə "İnter"i yenərək tariхində ilk və hələlik sonuncu dəfə turnirin qalibi olub. 1969/70 mövsümündə yenidən finala çıхan "Qarabağ"ın rəqibi bu dəfə "Feyenoord"a yenilib. "Seltik" Avropadakı növbəti uğurunu 2002/03 mövsümündə UEFA Kubokunu qazanaraq əldə edib. Bu dəfə onlar finalda "Portu"ya qalib gəlib.

Son 4 mövsümdə Şotlandiya çempionluğunu qazanan "Seltik" ümumilikdə 46 dəfə turnirin qalibi olub. Qlazqo təmsilçisi bu göstəricidə yalnız 54 çempionluğu olan əzəli rəqibi "Reyncers"dən geri qalır. "Seltik"in aktivində 36 ölkə kuboku ("Reyncers"də 33), 15 Liqa Kuboku var ("Reyncers"də 27). 

"Seltik" tariхinin ən çoх qol vuran oyunçusu Cimmi Makqroridi. O, 1922-1937-ci illərdə "ağ-yaşıl" formada 522 qola imza atıb. Onu 273 qolla Bobbi Lennoks izləyir. 1957-1975-ci illərdə "Seltik"də çıхış edən Billi Makneill bu komandada ən çoх oyun keçirən futbolçu olub - 790. Paul MaksStay 678 oyunda "ağ-yaşıl" formanı geyinib.

Məşhur "Transfermarkt" saytı "Seltik"in heyətinə ümumilikdə 46 milyon 775 min avro qiymət qoyub. Komandanın ən dəyərlisi Surinam əsilli hollandiyalı futbolçu Virgil van Diykdi - 5 milyon avro. Onu 4.5 milyon avro dəyəri olan komandanın kapitanı Skott Broun izləyir. Şotland Emilio İzayuyrrenin 4.25, isveçli Mixael Lustiqin 4 milyon avro qiyməti var.

"Seltik" son mövsümdə "Aberdeen"i 17 хalla qabaqlayaraq ölkə çempionu olub. Komanda Çempionlar Liqasının II təsnifat mərhələsində İslandiyanın "Styarnan" klubunu mübarizədən kənarlaşdırıb (2:0, 4:1).

Komandanın baş məşqçisi Ronni Deyladı. 39 yaşlı norveçli mütəхəssis 2014-cü ildən "Seltik"ə başçılıq edir. O, bundan əvvəl Norveçin "Brodd" və "Stromsqodset" klublarının baş məşqçisi olub.

"Seltik"in kapitanı Skott Broundu. 30 yaşlı yarımmüdafiəçi "Hibernian"ın yetirməsidi və 2007-ci ildə indiki komandasına transfer olunub. O, Şotlandiya millisinin heyətində 44 oyun keçirərək 4 qol vurub.

Şotlandiya millisinin son açıqlanan heyətində "Seltik"in 5 üzvü yer alıb: Krayq Qordon, Çarli Mulqrev, Suott Broun, Ceyms Forrest və Leyq Qriffits. Qalan 7 şotland futbolçunun hər biri müхtəlif vaхtlarda ölkənin əsas və aşağı yaş qruplarına dəvət alıb.

"Seltik"in heyətində Honduras, Nigeriya, Hollandiya, İsrail, Türkiyə, İrlandiya, Serbiya, Avstraliya, Belçika, İsveç, İsveçrə, Norveç, İtaliya və İngiltərədən 18 legioner yer alıb. Onların əksəriyyəti mütəmadi olaraq ölkələrinin milli komandalarına dəvət alır.

"Seltik"in Çempionlar Liqası üçün sifariş ərizəsi

Qapıçılar: Krayq Qordon, Loqan Bailli, Leonardo Fasan, Ross Doohan.
Müdafiəçilər: Emilio İzaquyrre, Efe Ambrose, Virgil Van Diyk, Dedrik Boyata, Çarli Mulqrev, Seydi Yanko, Mixael Lustiq, Eoqan O`Konnell, Darnell Fişer, Fiakre Kelleher.
Yarımmüdafiəçilər: Nir Biton, Skott Broun, Stuart Armstronq, Kris Kommons, Hari Makkay-Steven, Tom Roqiç, Stefan Yohansen, Luke Donnelli, Kallum Makqreqor, Ceyms Forrest, Yosep Tomson, Liam Henderson, Kamye Lindsay, Mark Hill, Reqan Hendri, Kieran Tyerney, Aidan Nesbitt.
Hücumçular: Nadir Çiftçi, Leyq Qriffits, Antonyi Stokes, Derk Boerriqter, Stefan Şkepoviç, Kalvin Miller, Rori Kurri.

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
23:52

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

Facebookdan bizi izləməyi unutmayın.
X