Tarixində ilk dəfə Avropa Liqasının III təsnifat mərhələsində yüksələn "Qəbələ"nin bu mərhələdəki rəqibi müəyyənləşib. Fanat.az xəbər verir ki, Qəbələ təmsilçisi bu mərhələdə Cənubi Kiprin "Apollon" klubu ilə qarşılaşacaq.
İlk görüşdə Latviyanın "Trakai" klubunu 4:0 hesabı ilə məğlub edən "Apollon" səfərdə 0:0 heç-heçə oynayıb. Bu nəticə ilə mərhələ adlayan "Apollon" III təsnifat mərhələsində "Qəbələ"yə rəqib olub.
Qeyd edək ki, "Qəbələ" və "Apollon" arasında oyunlar 30 iyul və 6 avqust tarixlərində keçiriləcək.
Fanat.az