Ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ" ikinci təsnifat mərhələsində Serbiya "Çukariçki"si ilə qarşıalşıb.
Sport7.az xəbər verir ki, ötən gecə "Bakcell Arena"da baş tutan qarşılaşmada Roman Qriqorçukun yetirmələri səfərdəki 0:1 hesablı məğlubiyyətin əvəzini doğma azarkeşlər önündə iki cavabısız qolla çıxıb.
Sergey Zeynovun dublu sayəsində mərhələ adlayan "qırmızı-qaralar" növbəti mərhələdə Kiprin "Apollon" klubu ilə qarşılaşacaq. Təbii ki, təmsilçimizin tarixindəki ilk uğuru klub rəhbərliyi tərəfindən də qiymətləndiriləcək. Belə ki, "Bakcell Arena"da baş çatan qarşılaşmadan sonra klub prezidenti Tale Heydərov futbolçuların soyunub-geyinmə otağına yollanaraq, onlara mükafat vəd edib.
Əldə etdiyimiz məlumata görə, zəfər üçün veriləcək mükafat əvvəlcədən 7 min dollar nəzərdə tutulub. Ancaq nəticə klub başqanının sevindirdiyindən, bu məbləğ bir qədər artaraq 10 min dollara çatıb.
Fanat.az