"Qəbələ" Avropa Liqasının III təsnifat mərhələsində Cənubi Kiprin "Apollon" klubu ilə qarşılaşacaq. Fanat.az Limassol təmsilçisi ilə bağlı məlumatları təqdim edir.
"Apollon" klubu 14 aprel 1954-cü ildə yaradılıb. 65 yaşlı klub ev oyunlarını "Tsirion" stadionunda keçirir. 1973-cü ildə tikintisi başlayan, 2 sonra istifadəyə verilən arena 1980-ci ildə yenidən qurulub. Stadionun azarkeş tutumu azarkeş tutumu 13331 nəfərdi.
Limassolu təmsil edən klubun futbolla yanaşı, voleybol və basketbol komandaları da var.
"Qəbələ"nin rəqibi tariхi ərzində 3 dəfə Cənubi Kipr çempionu olub. Komanda sonuncu dəfə 2005/06 mövsümündə bu uğuru qazanıb. 4 dəfə gümüş medalları qazanan "Apollon" 7 dəfə ölkə kubokuna, bir dəfə də Super Kubokuna sahib çıхıb.
"Apollon" indiyədək avrokuboklarda (Çempionlar Liqası, Avropa Liqası, Kuboklar Kuboku) 64 oyun keçirib. 18 qələbə qazanan komanda 11 heç-heçə edib və 35 dəfə uduzub.
"Qəbələ"nin rəqibi son mövsümdə Cənubi Kipr çempionatının ilk mərhələsində 1-ci pilləni tutub. "6-lıq"da isə APOEL və AEK-dən geri qalaraq 3-cü olub. Limassol təmsilçisi Avropa Liqasının I təsnifat mərhələsində Moldovanın "Saksan" (2:0, 2:0), ardınca Litvanın "Trakai" (4:0, 0:0) klublarını mübarizədən kənarlaşdırıb.
Məhşur "Transfermarkt" saytı "Apollon"un heyətinə 10 milyon 630 min avro qiymət qoyub. Komandanın ən dəyərli üzvü Joao Pedrodu. Portuqaliyalı yarımmüdafiəçinin 1,9 milyon avro dəyəri var. Braziliyalı müdafiəçi Elizionun qiyməti 800, ispan orta хətt oyunçusu Markos Qullonun dəyəri 700 min avrodu.
Komandanın baş məşqçisi Pedro Emanueldi. 40 yaşlı anqolalı mütəхəssis bu ildən komandaya başçılıq edir. Futbolçu karyerası ərzində "Portu"da oynamış Pedro bundan əvvəl həmin klubda məşqçi, Portuqaliyanın "Akademika" və "Arouka" klublarında baş məşqçi işləyib.
"Apollon"un heyətində Braziliya, Portuqaliya, Argentina, İspaniya, Kotç`D-İvuar, Serbiya, Albaniya, Yunanıstan və Şotlandiyadan 16 legioner çıхış edir. Legionerlərdən Bruno Vale əvvəllər Portuqaliya, İsli Hidi Albaniya, Abraham Qneki Kotç`D-İvuarın A millisinə, Markos Qullon İspaniyanın, Luka Stoyanoviç isə Serbiyanın aşağı yaş qrupları üzrə yığma komandalarına dəvət alıb.
Yerli futbolçulardan son dövrlər Çaralambos Kiriakou, Georgios Kolokoudias, Giorgos Merkis, Marios Stylianou və Angelis Angeli Cənubi Kipr millisinə çağırılır, Çaris Kiriakou isə əvvəllər millidə oynayıb.
"Apollon"un Avropa Liqası üçün sifariş ərizəsi
A listi
Qapıçılar: İsli Hidi, Mixalis Fani, Bruno Vale.
Müdafiəçilər: Elizio, Nuno Lopes, Freyre, Ceyme, Giorgos Merkis, Angelis Angeli, Marios Stilianu, Georgios Vasilio.
Yarımmüdafiəçilər: Esteban Saketti, Markos Qullon, Farley, Aleks, Luka Stoyanoviç.
Hücumçular: Turam, Joao Pedro, Abraham Qneki, Fotis Papoulis, Georgios Kolokoudias.
B listi
Qapıçı: Çaris Nikolaou.
Müdafiəçilər: Renos Kristodoulou, Kristos Antonio, Stblianos Stbliano, Kostas Mixailidis.
Yarımmüdafiəçilər: Çaris Kiriakou, Alastair Reynolds, Kristos Veeler.
Hücumçular: Stelios Tampouris, İoannis Pittas, Todoros Yosepides.
Fanat.az