“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk “Apollon”u keçəcəyi təqdirdə nə edəcəyini açıqlayıb. Fanat.az atv.az-a istinadən xəbər verir ki, ukraynalı mütəxəssis maraqlı bir addım atacaq:
"Öncə, "Bakcell Arena"ya toplaşmış azarkeşlərə minnətdarlığımı bildirirəm. Onların belə çılğın dəstəyi önündə biz qalib gəlməyə bilməzdik. Növbəti rəqibimiz olan “Apollon”la ikinci oynumuz yenə də burada olacaq. Kiprliləri keçsək, söz verirəm ki, mətbuat konfransına bakılısayağı “aerodrom” kepkanı başıma taxıb gələcəm”.
Fanat.az