"Yenidən "Qarabağ"da çıxış etmək xoş hissdi. "Qarabağ"ın yetirməsiyəm, mənə doğma olan komandaya qayıtmışam". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın yeni transferi Əfran İsmayılov deyib.
Futbolçu fikirlərini klubun rəsmi saytına bildirib: "Qarabağ" iddialı, hədəfləri olan komandadı. Təbii ki, ciddi rəqabətin olduğunun fərqindəyəm. Amma əsas heyət uğrunda mübarizədən çəkinmirəm. Əsas məqsədim komandaya faydalı olmaqdı. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacam. İnşallah, keçidim hər 2 tərəf üçün faydalı olar".
Fanat.az