15:21 25.07.2015 453

"Qəbələ"dən 350-ci, Ürfan Abbasovdan 100-cü oyun

"Qəbələ" tarixinin 350-ci rəsmi matçını keçirib. Fanat.az xəbər verir ki, peşəkar klub kimi 2005-ci ildə qeydiyyatdan keçən "qırmızı-qaralar" üçün yubiley matçı Avropa Liqasına təsadüf edib. 

II təsnifat mərhələsinin "Çukariçki" (Serbiya) ilə cavab oyunu "Qəbələ"nin 350-ci matçı olub. 2:0 hesabı ilə qalib gələn "qırmızı-qaralar" 350 qarşılaşmadan 272-ni Premyer Liqa, 42-ni Azərbaycan kuboku, 30-nu I dəstə, 6-nı Avropa Liqasında keçirib. İlk matçı 2005-ci il sentyabrın 17-də baş tutan "Şərur"la I dəstə oyununa (8:0) təsadüf edən komanda 10 ildə 151 qələbə qazanıb, 86 heç-heçə edib və 113 dəfə uduzub.

"Çukariçki" ilə görüş Ürfan Abbasov üçün də əlamətdar olub. 23 yaşlı müdafiəçi "Qəbələ"nin heyətində 100-cü oyununu keçirib. O, klub tarixində 100-ə çatan 3-cü futbolçudu. Dodo (131) və Viktor Mendidən (127) sonra buna nail olan Abbasov 100 və daha çox oyun keçirən ilk azərbaycanlı futbolçu olub. 2012-ci ilin əvvəlində "Qəbələ"yə transfer olunan müdafiəçi 3 il yarım ərzində 86 çempionat, 9 kubok və 5 avrokubok qarşılaşmasında iştirak edib.

"Çukariçki" ilə qarşılaşma 2 oyunçu üçün ilklə əlamətdar olub. Voyislav Stankoviç "Qəbələ"də debüt edib. O, 10 ildə "qırmızı-qara" forma geyən 191-ci futbolçudu. 

Vurduğu 2 qolla qələbədə pay sahibi olan Sergey Zenyov isə ilk dəfə rəqib qapısına yol tapıb. O, "Qəbələ"də qol sevinci yaşayan 95-ci oyunçudu.

Qeyd edək ki, Tiflisin "Dinamo"sunun (1:2, 2:0) ardından Serbiya "Çukariçki"sini də (0:1, 2:0) mübarizədən kənarlaşdıran "Qəbələ" tarixində ilk dəfə Avropa Liqasının III təsnifat mərhələsinə yüksəlib.

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X