Azərbaycan çempionu "Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi "Seltik"in baş məşqçisi Ronni Deyla "Renn"lə keçirilən yoxlama görüşündən sonra (2:0) klubun rəsmi saytına açıqla verib. Fanat.az xəbər verir ki, çalışdırıcı "Qarabağ"la oyundan danışıb:
"Qarabağ"ın oyunu ilə "Renn"in oyunu arasında heç bir fərq görmürəm. Fransa klubu haqda başqa heç nə deyə bilmərəm. "Bizə qarşı oynamaq "Qarabağ" üçün çətin olacaq. Onlar daha öncə "Seltik"lə heç vaxt oynamayıb. Doğma meydanda keçirəcəyimiz ilk oyunda müdafiədə diqqətli oynamalıyıq. Əgər bunu bacarsaq, mərhələ keçmək üçün yaxşı şansımız yaranacaq. Yaxşı rəqiblə qarşılaşacağımızı bilirəm. Ancaq həmin oyun üçün hazırıq. Belə vəzifələri yerinə yetirməkdən zövq alıram. Düşünürəm ki, bu oyuna hazırıq və çərşənbə günü yaxşı oyun sərgiləyəcəyik".
Fanat.az