"Barcelona"ya transferi ilə gündəmə gələn Neymar transferi ilə əlaqədar danışdı.
İdman24.az dünya mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı ulduz Messi ilə oynayacağı üçün duyduğu həyəcanı ifadə edib: "Xəyalım gerçək oldu. Messi və digər müdhiş oyunçularla birlikdə "Barcelona"da oynamaq ən böyük arzumdur".
Braziliyalı oyunçu "Mənim üçün çətin bir qərar idi, bu qərarı ailəm ilə birlikdə verdik. Mənə çox kömək oldular. Çox xoşbəxtəm amma bir tərəfdən də 4 ilimi keçirdiyim "Santos"dan ayrılacağım üçün də təəssüf edirəm", dedi.
İdman24.az