Hazırlığını Türkiyədə davam etdirən “Zirə” daha bir futbolçu ilə güclənib. Fanat.az xəbər verir ki, Premyer Liqanın dübütantı nigeriyalı Çimezi Mba bir illik müqaviləyə imza atıb.
Müdafiəçi İsrail təmsilçisi, Petax-Tikvanın “Hapoel” klubundan ölkəmizə gəlib. O, ötən mövsüm bu komandada 22 oyun keçirib.
Peşəkar karyerasına vətənində başlayan Mba milli komandadakı çıxışı ilə avropalıların diqqətini çəkib. 23 yaşlı müdafiəçi əvvəlcə Belçika, ardından isə İsrailə yollanıb. Mba Nigeriyanın U-20 yığma komandasında oynayib. O, 2011-ci ildə Kolumbiyada keçirilən dünya çempionatında da iştirak edib. Həmin vaxt Mbanın yer aldığı Nigeriya yığması qrupda 1-ci yeri tutub. 1/8 final mərhələsində İngiltərəni məğlub edən Çimezinin komandası 1/4-də Fransaya penalti seriyalarında uduzub.
Fanat.az