"Qarabağ"ın baş məşqçisi Çempionlar Liqasının III təsnifat mərhələsində "Seltik"ə (Şotlandiya) 0:1 hesabı ilə uduzduqları matçdan sonra fikirlərini bildirib. Fanat.az xəbər verir ki, o, cavab oyununda azarkeşlərə güvəndiyini bildirib:
"Seltik"i qələbə münasibəti ilə təbrik edirəm. Bu qədər azarkeş qarşısında çıxış etmək maraqlı idi. Biz yaxşı komandaya qarşı oynadıq. 1:0 hesablı qələbənin "Seltik" üçün yaxşı nəticə olduğunu bilirik. Fikrimcə, nəticə normaldı. Futbolçularımdan razıyam. Ancaq bizim azarkeşlərin önündə baş tutacaq revanş matçı da maraqlı olacaq. "Seltik" kimi bizim də böyük azarkeş ordumuz var. Bakıdakı oyunda azarkeşlərimiz bizə kömək edəcəklər".
Fanat.az