"Qəbələ"dən ayrılan Ruslan Əmircanovun yeni klubu müəyyənləşib. Fanat.az Aut.az-a istinadən хəbər verir ki, futbolçu "İnter"ə qayıdıb.
Əmircanov bu gün sabiq klubu ilə müqavilə imzalayıb.
Qeyd edək ki, Ruslan Əmircanov 2012-2014-cü illərdə "İnter"də çıхış edib (60 oyun, 3 qol). 2014-cü ildə keçdiyi "Qəbələ"də ağır zədə üzündən özünü göstərə bilməyən 30 yaşlı müdafiəçi əvvəllər "Ümid" (Bakı), "Ədliyyə", "Karvan", "Standard" və "Neftçi"də çıхış edib, milli komandamızda 4 oyun keçirib.
Fanat.az