Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində bu gün keçiriləcək "Qarabağ" - "Seltik" oyunu nəinki Şotlandiyada, eləcə də Böyük Britaniyada göstərilməyəcək.
Fanat.az qaynar.info-ya istinadən xəbər verir ki, görüşü yalnız "Seltik"in klub saytı yayımlayacaq ki, buna da abunəçilər və təxminən 4 avrosundan keçməli olan şotlandlar tamaşa edə biləcək.
Son məlumatlara görə, oyunun Britaniyanın "Sky Sports" telekanalı vasitəsilə yayımlanması da nəzərdə tutulmayıb. Daha doğrusu, "Qarabağ" tərəfi Qlazqodakı ilk oyunu yayımlamış "Sky Sports"dan gələn təklifə adekvat cavab verib. İlk matçda oyunun yayım şifrəsini verməkdən boyun qaçırmış Britaniya telekanalı bu üzdən saat 21.30-da bu matçı göstərməyəcək.
Qeyd edək ki, ilk matçın "İdman Azərbaycan" telekanalı vasitəsilə yayımlaması nəzərdə tutulmuşdu. Lakin qarşı tərəf yerli saytlarımızın da bu matçı göstərməklərinə əngəl ola bilməyəcəyindən son anda yayım Azərbaycana verilməmişdi.
Fanat.az